Xəbərlər
“Ümumdünya əməyin mühafizəsi “ günü münasibətilə Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta məktəb və Hürüuşağı kənd tam orta məktəbində olduq

“Ümumdünya əməyin mühafizəsi “ günü münasibətilə Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta məktəb və Hürüuşağı kənd tam orta məktəbində olduq.Yevlax Rayon Təhsil Sektorunun əməkdaşı Allahverdiyeva Yeganə müəllimə,məktəb rəhbərliyi, ilk təşkilat sədrləri və məktəb kollektivinin iştirakı ilə “Rəqəmsallaşma bə sünii intellektin iş yerlərinə təsiri”devizi altında dəyirmi masa keçirildi.Maarifləndirici söhbətlər aparıldı və fikir mübadiləsi edildi. Şəhər 3 nömrəli tam orta məktəbin Rəqəmsal bacarıqlar ,Steam otaqlarına və şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.Təhsil müəssisələrinə işlərində uğurlar arzu edirik.














