Xəbərlər
Ümumdünya Əməyin Mühafizəsi Günü Siyəzən rayonunun Böyük Həmyə kənd orta ümumtəhsil məktəbində
26/04/2026, 16:03

23 aprel 2026-cı il tarixində 28 aprel – “Ümumdünya Əməyin Mühafizəsi Günü” münasibətilə Siyəzən rayonunun Böyük Həmyə kənd orta ümumtəhsil məktəbində tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi sağlam iş mühitinin formalaşdırılması, təhlükəsiz əmək şəraitinin təmin olunması, işçilərin hüquqlarının qorunması, psixoloji dəstəyin göstərilməsi, eləcə də təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması və sağlam münasibətlərin qurulması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsindən ibarət olmuşdur.













