Xəbərlər
Ümumdünya Əməyin Mühafizəsi Günü Siyəzən rayonunun Siyəzənkənd ümumi orta məktəbində tədbir
26/04/2026, 16:54

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsi 24 aprel 2026-cı il tarixində 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Siyəzən rayonunun Siyəzənkənd ümumi orta məktəbində tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılması, işçilərin hüquqlarının qorunması, təhlükəsiz əmək şəraitinin təmin olunması, psixoloji dəstəyin göstərilməsi, eləcə də sağlam əmək münasibətlərinin qurulması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsindən ibarət olmuşdur.











