“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümumdünya Mülki Müdafiə Günü

02/03/2026, 09:27
xeber1

M.Füzuli adına 6 saylı tam orta ümumtəhsil məktəbinin GCQ müəllimi Kərimov Eləstun tərəfindən Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məktəbdə tədbir keçirilmişdir.

Tədbirdə məktəb rəhbərliyi və şagirdlər iştirak etmişdir. Tədbirin əsas məqsədi mülki müdafiənin yaranma səbəbləri, funksiyaları və xarakteri barədə şagirdlərə məlumat vermək olmuşdur.

Tədbirdə həmçinin mülki müdafiədə istifadə olunan avadanlıqlar, silahların rolu,eləcə də təbii fəlakətlər zamanı hansı hallarda və necə iştirak edilməli olduğu barədə ətraflı izah edilmişdir. Şagirdlər maraqla dinləyərək suallar vermiş və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: