Xəbərlər
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib

Mingəçevir Dövlət Universitetində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı təşkil olunub.
Festivalın məqsədi gənclər arasında bədii yaradıcılığa marağın artırılması, onların mədəni dünyagörüşünün inkişafına dəstək göstərilməsi, yaradıcı potensiallarının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradılması olub. Eyni zamanda Ulu Öndərin mədəniyyət və incəsənət sahəsindəki zəngin irsinin təbliği əsas istiqamətlərdən biri kimi müəyyən edilib.
Müsabiqədə 50-dən çox tələbə müxtəlif istiqamətlər üzrə çıxış edərək öz yaradıcılıq bacarıqlarını nümayiş etdirib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.




