“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Lider Heydər Əliyev-103-Təhsil içşilərinin zəka yarışı

15/04/2026, 16:12
xeber1

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 11 fevral 2026 tarixli Q-18/27/2026 nömrəli məktubuna əsasən təhsil işçiləri arasında şahmat yarışının rayon turuna start verilib.


ETİHİ Şəki Şəhər Komitəsinin R. Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil etdiyi yarışda ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi şöbəsinin baş mütəxəssisi Taleh Zeynalov,ETİHİ Respublika Komitəsinin məsul əməkdaşları, ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki rayonu üzrə Təhsil sektorunun müdiri Zamik Cəbiyev və təhsil işçiləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Tədbiri giriş sözü ilə ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə açaraq Ümummilli Lider Heydər Əliyevin idmana, xüsusilə də şahmata və şahmatçılara göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Daha sonra çıxış edənlər- Günay Mahmudova,Ziyafət Xasiyeva və Zamik Cəbiyev bu cür yarışların təşkili Ulu Öndər Heydər Əliyevə ehtiram və dərin hörməti ifadə etməklə yanaşı, təhsil işçiləri arasında şahmata marağın artırılması, həmçinin ittifaq üzvlərinin asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkil olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Ardınca yarışa start verilib.Gərgin idman mübarizəsiylə keçən yarışda 20-si qadın olmaqla ümumilikdə 62 nəfər ittifaq üzvü iştirak edib.


Xatırladaq ki, yarış təhsil müəssisələrinin daxili mərhələlərində qalib olmuş şahmatçılar arasında “Əsasnamə” yə uyğun olaraq İsveçrə sistemi üzrə keçirilib. Rayon mərhələsinin yekununa əsasən Şəki rayon Kiş kənd Aydın Məmmədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Eyvazov Polad Adil oğlu qalib olub və ümumrespublika turunda iştirak etmək hüququ qazanıb. 

Qaliblər ETİHİ Şəki Şəhər Komitəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: