Xəbərlər
“Ümummilli Lider Heydər Əliyev irsi ilə gələcəyə” həftəsi çərçivəsində intellektual yarış keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev irsi ilə gələcəyə” adlı həftə çərçivəsində tədbirlər davam edir.
Həftə proqramına uyğun olaraq tələbələr arasında intellektual yarış təşkil olunub. Yarışın keçirilməsində əsas məqsəd tələbələrin Heydər Əliyev irsi haqqında biliklərinin artırılması, onların dünyagörüşünün genişləndirilməsi və gənclər arasında sağlam rəqabət mühitinin formalaşdırılması olub.
İntellektual yarışda universitetin müxtəlif fakültələrini təmsil edən komandalar iştirak ediblər. İştirakçılar Ümummilli Liderin həyat və fəaliyyəti, Azərbaycan tarixi, mədəniyyəti, eləcə də ümumi bilikləri əhatə edən suallar üzrə mübarizə aparıblar. Yarış gərgin və maraqlı anlarla yadda qalıb.
Nəticələrə əsasən, qalib komandalar müəyyən olunaraq mükafatlandırılıb, fərqlənən iştirakçılara diplom və hədiyyələr təqdim edilib.





