Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş ümumtəhsil müəssisələrinin işçiləri arasında dama yarışı keçirildi.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumi təhsil müəssisələrinin işçiləri arasında dama yarışının I-ci mərhələsi keçirildi. Yarışın keçirilməsində əsas məqsəd Ümummilli liderin zəngin dövlətçilik irsinin təbliği, təhsil işçiləri arasında intellektual oyunlara marağın artırılması, asudə vaxtın səmərəli təşkili və sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. Bügün Binəqədi rayonunun bir neçə ümumi təhsil müəssisələrinin müəllimlərinin iştirakı ilə keçirilən yarış yüksək təşkilatçılıq və rəqabət dolu keçdi.
Yarışın qalibləri aşağıdakı kimi müəyyənləşdi:
🥇284 nömrəli tam orta məktəbin müəllimi Məcidova Gülər Etibar qızı
🥈284 nömrəli tam orta məktəbin müəllimi Ərəbov Müzəffər Aydın oğlu
🥉299 nömrəli məktəb-liseyin müəllimi Balayev Rəşad Ədalət oğlu
Qalibləri təbrik edirik!











