Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş ümumtəhsil müəssisələrinin işçiləri arasında şahmat yarışı keçirildi.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumtəhsil müəssisələrinin işçiləri arasında şahmat yarışına start verilmişdir. Yarışın keçirilməsində əsas məqsəd Ümummilli liderin zəngin dövlətçilik irsinin təbliği, təhsil işçiləri arasında intellektual oyunlara marağın artırılması, asudə vaxtın səmərəli təşkili və sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. Bügün Binəqədi rayonunun bir neçə ümumi təhsil müəssisələrinin müəllimlərinin iştirakı ilə 284 nömrəli tam orta məktəbdə keçirilən yarış yüksək təşkilatçılıq və rəqabət dolu keçdi.
Yarışın qalibi:
🥇103 nömrəli tam orta məktəbin müəllimi Hüseynov Emil Aftandil oğlu
Qalibimizi təbrik edirik!













