“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş, aprel və may aylarında Bakı şəhərinin ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında təşkil edilən idman növləri üzrə komanda yarışlarında Xətai rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərdən ibarət komandalar uğurlu nəticələr qazanmışlar.

05/07/2025, 16:49
xeber1

Belə ki, Bakı şəhərinin rayonları arasında keçirilən yarışlarda Xətai rayonunun stolüstü tennis komandası I yerə, basketbol komandası isə III yerə layiq görülmüşdür.

Hər iki idman növündə qalib gələn müəllimlərimiz əldə etdikləri nailiyyətlərə görə ATİAHİ Xətai Rayon Komitəsi tərəfindən pul mükafatı və “Təşəkkürnamə” ilə təltif olunmuşlar.

Təltifetmə mərasimində ATİAHİ Respublika Komitəsinin baş mütəxəssisi Rüstəm Nəzirov da iştirak etmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: