“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümü münasibətilə təhsil işçiləri arasında şahmat yarışının rayon birinciliyini keçirildi.

10/04/2026, 22:23
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümü münasibətilə təhsil işçiləri arasında şahmat yarışının rayon birinciliyini keçirildi. 


Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, Rayon Təhsil Sektoru və UGİŞ M-in əməkdaşları, ilk təşkilatlarda fəailiyyət göstərən 26 nəfərdən çox şahmat həvəskarları iştirak etdilər.Öncə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 


Çıxış edən natiqlər qədim intellektual idman növü olan şahmatın üstünlüklərindən, şagirdlərin ümumi inkişafına göstərdiyi müsbət təsirlərindən və rayonumuzun şahmat məktəbinin yetirmələrinin uğurlarından danışdılar.  


Qeyd olundu ki, ETİHİ Respublika Komitəsinin təşəbbüsü ilə keçirilən bu yarışda l yeri tutan təhsil işçisi May ayında keçiriləcək final yarışına vəsiqə qazanacaqdır.

 Gərgin və maraqlı keçən yarışın nəticələri belə oldu. 

 Qadın təhsil işçiləri arasında İDPTM - in əməkdaşları daha fəal oldular. l- yer - Bədəlov Aybəniz, II yer- Qulamzadə Nərmin, III yer- Bağırova Bahar.

Kişi təhsil işçiləri üzrə:

 I yer Süleymanov Rəşadət -Kürdmaşı kənd tam orta məktəb şahmat müəllimi.

II yer- Şəhər 2 nömrəli tam orta məktəbin şahmat müəllimi.

III yeri- Gəraybəyli kənd tam orta məktəbin fiziki tərbiyə müəllimi.

III yer- Behzadə Behzad - Şəhər 3 saylı məktəb liseyin informatika müəllimi

 Yarışın ümumi nəticələrinə görə Süleymanov Rəşadət Respublika final yarışında iştirak etmək hüququ qazandı. Təbrik edirik.

 Bütün qaliblər ETİHİ İsmayıllı Rayon Komitəsinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırıldı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: