Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü

Elm və Təhsil İşçiləri Həmkarlar İttıfaqı Respublika Komitəsinin qərarı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatlarında müəllimimlərarası şahmat yarışına yekun vuruldu.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil edilən şahmat yarışının l və ll turu gərgin mübarizə şəraitində keçirilib.
Ağcabədi Rayon Taxta körpü qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Abuzərov Rauf Abuzər oğlu I yerin qalibi olaraq Respubilka şahmat yarışının final mərhələsinə vəsiqə qazandı.
Elm və Təhsil İşçiləri Həmkarlar İttıfaqı Ağcabədi Rayon Komitəsi adından Abbasov Rauf Abuzər oğluna Respublika şahmat yarışının final mərhələsindən qələbə ilə dönməyi arzu edirik.










