“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Goranboy rayon ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilib.

08/05/2026, 16:05
xeber1

Tədbirlər çərçivəsində Dahi Şəxsiyyətin zəngin dövlətçilik fəaliyyəti, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və müstəqil Azərbaycanın inkişafı naminə həyata keçirdiyi mühüm islahatlardan bəhs olunub. Keçirilən tədbirlərdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər qeyd ediblər ki, Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də ölkəmizin tərəqqisinin əsasını təşkil edir və gənc nəslin vətənpərvər ruhda formalaşmasında mühüm rol oynayır. Tədbirlər zamanı şagirdlər tərəfindən Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim edilib, rəsm sərgiləri və inşa müsabiqələri təşkil olunub. Həmçinin Dahi Liderin həyat yolunu və siyasi irsini əks etdirən videoçarxlar nümayiş etdirilib. Silsilə tədbirlərin keçirilməsində əsas məqsəd Ümummilli Liderin zəngin irsinin gənc nəslə aşılanması, onun dövlətçilik ideyalarının təbliği və milli-mənəvi dəyərlərə bağlılığın daha da gücləndirilməsindən ibarət olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: