Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Azərbaycanın Memarı və Qurucusu Heydər Əliyev" adlı tədbir keçirildi.

06.05.2026-il tarixdə Şirvan şəhər İcra Hakimiyyətı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, ETİHİ Şirvan Şəhər Komitəsinin təşəbbüsü və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin təşkilatçılığı ilə Şirvan Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Azərbaycanın Memarı və Qurucusu Heydər Əliyev" adlı tədbir keçirildi. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən qonaqlar qeyd etdilər ki, Heydər Əliyev yalnız Azərbaycanın xilaskarı deyil, həmdə milli birlik və həmrəyliyin simvoludur. Onun uzaq görən siyasəti nəticəsində Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü və inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Tədbir çərçivəsində kollecdə təhsil alan tələbələr tərəfindən Ulu Öndərə həsr olunmuş şeirlər, kompozisiyalar və musiqi nömrələri təqdim edildı.












