Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Bərdə rayonunda anım tədbiri keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Bərdə rayonunda anım tədbiri keçirilib.
Tədbir çərçivəsində Ümummilli Liderin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Anım tədbirində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Ruslan Rzayev və Qarabağ Regional Təhsil İdarəsinin və Bərdə Təhsil sektorunun əməkdaşları iştirak ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və təhsil sahəsinin inkişafı istiqamətində göstərdiyi mühüm xidmətlərdən bəhs olunub.






