Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəbli qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Qəbələ rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və ETİHİ Qəbələ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumtəhsil məktəblərindən 5 komanda qələbə uğurunda mübarizə apardı. Qəbələ şəhəri Vahid Qəhramanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunmuş tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər bu cür yarışların təşkilinin Heydər Əliyevə ehtiramın ifadəsi olmaqla yanaşı, şagirdlər arasında idmana marağın artırılmasında mühüm rol oynadığını vurğuladılar. Yarışların nəticələrinə əsasən birinci, ikinci və üçüncü yerləri tutan komandalar təşkilatçılar tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb.
• I yerə Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası (məşqiçi müəllim Nigar Əhmədova)
• II yerə Zarağan kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası (məşqçi müəllim Fizuli Əmiraslanov),
• III yerə Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası (məşqçi müəllim Əli Həmidli) layiq görülmüşdür



















