Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təhsil işçiləri arasında minifutbol yarışının rayon turu keçirildi.

Qəbələ rayon təhsil sektoru və ETİHİ Qəbələ Rayon Komitəsi tərəfindən təşkil olunmuş yarışda ümumtəhsil məktəblərindən 9 komanda qələbə uğurunda mübarizə apardı.
Qəbələ şəhəri Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunmuş yarışda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edənlər bu cür yarışların təşkilinin Heydər Əliyevə ehtiramın ifadəsi olmaqla yanaşı, təhsil işçiləri arasında idmana marağın artırılması və onların asudə vaxtlarının səmərəli təşkil olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Yarışların nəticələrinə əsasən birinci, ikinci və üçüncü yerləri tutan komandalar təşkilatçılar tərəfindən xüsusi kubok və fəxri fərmanlarla mükafatlandırıldı.
Zarağan kəndi İlqar Cəbrayılov adına 1 nömrəli tam orta, Zarağan kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəblərində təşkil olunmuş komanda I yerə, Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası II yerə, Nic qəsəbəsi 1 və 3 nömrəli tam orta ümumtəhsil məktəblərindən təşkil olunmuş komanda III yerlərin qalibləri oldular.




























