Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında volebol yarışlarının rayon turu keçirildi.

Qəbələ rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və ETİHİ Qəbələ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumtəhsil məktəblərindən 6 komanda qələbə uğurunda mübarizə apardı.
Qəbələ şəhəri Vahid Qəhramanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunmuş tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edənlər bu cür yarışların təşkilinin Heydər Əliyevə ehtiramın ifadəsi olmaqla yanaşı, şagirdlər arasında idmana marağın artırılmasında mühüm rol oynadığını vurğuladılar. Yarışların nəticələrinə əsasən birinci, ikinci və üçüncü yerləri tutan komandalar təşkilatçılar tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb.
· I yerə Qəbələ rayon üzrə yığma komandası (məşqçi müəllim Zahir Seyidov),
· II yerə Zarağan kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası (məşqçi müəllim Fizuli Əmiraslanov),
· III yerə Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası (məşqiçi müəllim Nigar Əhmədova) layiq görülmüşdür.
















