Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş inşa yazı və bədii qiraət müsabiqələrinə yekun vurulub.
Müsabiqələrdə fərqlənən şagirdlərin müəllimləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.
Təltif olunanlar:
* Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-liseyin 6-cı sinif şagirdi Əkbər Banu Səməd qızının müəllimi Həsənova Saragül İsa qızı
* Ağcabədi şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Sadıqzadə Türkan Samir qızının müəllimi Əliyeva Türkanə Mobil qızı
* Məmməd Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Nəcəfli Nilufər Pərviz qızının müəllimi Əliyeva Zoya Alı qızı
Tədbirin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənc nəslə aşılanması, onların yaradıcılıq potensialının üzə çıxarılması və vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir.



















