Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman yarışlarının final mərhələsi baş tutub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, Bakı şəhəri ümumtəhsil məktəblərində çalışan ittifaq üzvləri arasında ETİHİ Respublika Komitəsi tərəfindən təşkil edilən basketbol, stolüstü tennis, dama, minifutbol və voleybol yarışlarının final mərhələsi baş tutub.
Paytaxtın Xətai, Qaradağ, Nizami, Sabunçu, Xəzər və digər rayon komitələri arasında keçirilən yarışlarda Xətai Rayon Komitəsini təmsil edən komandalar müvafiq yerlər tutublar.
Belə ki, Xətai RK-nın basketbol üzrə qadın komandası 3-cü, voleybol üzrə qadın komandası 2-ci, stolüstü tennis üzrə komanda 2-ci, dama üzrə komanda isə 3-cü yerə layiq görülüb.
ETİHİ Xətai Rayon Komitəsi olaraq qalib komandaları təbrik edir, onların əldə etdikləri nailiyyətlərin gələcək uğurlar üçün stimul olacağına inanırıq. Eyni zamanda, bütün iştirakçılara göstərdikləri fəallığa görə təşəkkür edir.
















