Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mini futbol yarışı keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Sumqayıt şəhər ümumtəhsil məktəbləri arasında mini futbol yarışı təşkil olunub.
Gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və məktəblilər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə keçirilən yarış yüksək təşkilatçılıq səviyyəsi və böyük maraqla yadda qalıb. Yarış boyunca komandalar öz bacarıqlarını nümayiş etdirərək qalibiyyət uğrunda əzmlə mübarizə aparıblar.
Gərgin və maraqlı keçən oyunların nəticəsinə əsasən Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası I yerə layiq görülüb. 4 nömrəli məktəb II yeri, 22 nömrəli məktəb isə III yeri qazanıb.
Qalib və mükafatçılar təşkilatçılar tərəfindən fəxri fərman, medal və pul mükafatları ilə təltif olunublar. Bu cür yarışlar məktəblilər arasında idman ruhunun yüksəldilməsinə və sağlam rəqabət mühitinin formalaşmasına mühüm töhfə verir.
Eyni zamanda, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi tərəfindən qalib komandalara xüsusi ziyafət təşkil olunub. Tədbir iştirakçıları üçün xoş və yaddaqalan anlarla zəngin olub.
Sonda qalib komandalar təbrik edilib, bütün iştirakçılara gələcək yarışlarda yeni nailiyyətlər və uğurlar arzulanıb.











