“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.

07/05/2026, 10:19
xeber1

22–30 aprel 2026-cı il tarixlərində Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman sektoru, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş 6–16 yaşlı oğlan və qızlar arasında şahmat üzrə rayon turniri keçirilib.

Ağcabədi rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunan turnirdə 126 nəfər şahmatçı iştirak edərək öz bacarıqlarını nümayiş etdirib. Yarış boyunca iştirakçılar arasında gərgin və maraqlı mübarizə gedib, gənc şahmatçılar yüksək hazırlıq səviyyələri ilə seçiliblər.

Turnirin yekununda qaliblər müəyyənləşdirilərək I, II və III yerləri tutan şahmatçılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.

Eyni zamanda, turnirin yüksək səviyyədə təşkilində əməyi olan məşqçi-müəllimlər və hakimlər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılıblar. Turnir gənclər arasında şahmat idman növünə marağın artırılması, onların intellektual inkişafının dəstəklənməsi və Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənc nəsil arasında təbliği baxımından mühüm əhəmiyyət daşıyıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: