“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilmişdir

24/04/2026, 04:55
xeber1

13–14 aprel 2026-cı il tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin qərarına əsasən, ETİHİ Siyəzən Rayon Komitəsinin təşkilatçılığı və Quba-Xaçmaz Regional Təhsil İdarəsi Siyəzən Rayon Sektluğunun iştirakı ilə rayonun ümumtəhsil məktəblərinin işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilmişdir.

Zəka və strateji düşüncənin ön planda olduğu yarış böyük maraqla qarşılanmış, iştirakçılar arasında sağlam rəqabət mühiti formalaşmışdır.

Yarışın nəticələrinə əsasən:


I yer – Şirin İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi İsgəndərov Buludxan Bahadur oğlu

II yer – Mikayıl Müşfiq adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktor müavini Ramazanov Yavər Mahmudəli oğlu

III yer – 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Əhmədova Nətafət Rüstəm qızı

Yarışın qaliblərinə və hakimə diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.

Qaliblərimizi ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: