Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Şirvan şəhərinin təhsil işçiləri arasında voleybol yarışı təşkil olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Şirvan şəhərinin təhsil işçiləri arasında voleybol yarışı təşkil olunmuşdur. Yarışın keçirilməsində əsas məqsəd Ulu Öndərin zəngin irsinin təbliği, onun gənc nəslə aşıladığı birlik və sağlam həyat tərzi kimi dəyərlərin təşviqidir. Tədbirdə Şirvan şəhər təhsil müəssisələrini təmsil edən komandalar iştirak etmiş, komandalar arasında maraqlı və gərgin mübarizə şəraitində oyunlar keçirilmişdir. Gərgin keçən mübarizədə Şirvan Peşə Liseyinin komandası qalib adını qazanmışdır. Qaliblər ETİHİ Şirvan Şəhər Komitəsi tərəfindən diplom və kubokla mükafatlandırıldılar.










