Xəbərlər
“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol yarışı keçirilib”
13/03/2026, 09:46

ETİHİ Suraxanı rayon komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol yarışları Hövsan qəsəbəsində yerləşən 270 nömrəli məktəbin idman zalında keçrilib. Yarışlarda 70 nəfərdən çox təhsil işçiləri iştirak edib. Yarışlarda məqsəd Bakı şəhər birinciliyində rayon voleybol komandasının hazırlanması olub.
Yarışlar dostluq, həmrəylik, birlik və bayram əhval-ruhiyyəsində keçrilib.












