“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol yarışı təşkil edilib

16/03/2026, 13:07
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol yarışı təşkil edilib.

Yarışın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmək, həmçinin Komitənin fəaliyyət dairəsinə daxil olan ümumtəhsil müəssisələrinin komandaları arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, kollektiv ruhunun gücləndirilməsi və həmrəyliyin möhkəmləndirilməsidir.

Ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən turnir gərgin və maraqlı mübarizə şəraitində baş tutub. İştirakçılar yüksək motivasiya və komanda ruhu nümayiş etdirərək yarışa xüsusi ab-hava qatıb.

Yarışın nəticələrinə əsasən:

I yerə - 53 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası,

II yerə - akademik Zərifə Əliyeva adına liseyin komandası,

III yerə isə Eldar Məmmədov adına 21 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası layiq görülüb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: