“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da silsilə tədbirlər davam etdirilir.

01/05/2026, 09:29
xeber1

Bu tədbirlər çərçivəsində Ağcabədi Rayon Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən məktəbdənkənar tədris müəssisəsi – Uşaq-Gənclər İnkişaf Mərkəzində (UGİM) uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir sıra dərnəklər, o cümlədən rəsm dərnəyi uğurla fəaliyyət göstərir.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin Həmkarlar Təşkilatının sədri Afət Zeynalovanın təşkilatçılığı ilə rəsm dərnəyinin rəhbəri Aysel Gülmalıyevanın “Baharın rəngləri” adlı yaradıcılıq görüşündə bir-birindən maraqlı və rəngarəng əl işləri nümayiş olunmuş,xüsusilə kiçik yaşlı iştirakçıların əsərləri böyük maraq doğurmuşdur. Qeyd edək ki, dərnək üzvlərinin əl işləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilmiş və yüksək nəticələr əldə edilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə UGİM-in dərnək rəhbəri Aysel Gülmalıyeva uşaqların bəddi zövqünün, yaradıcılıq qabiliyyətlərinin və təxəyyüllərinin inkişafındakı səmərəli fəaliyyətinə görə ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə ilə təltif olundu.

Gənc rəssamlarımıza gələcək yaradıcılıq fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: