“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə silsilə tədbirlər davam edir.

27/04/2026, 13:07
xeber1

Bu çərçivədə ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri Quliyeva Nazənim Feyruz qızının təşəbbüsü və təşkilatçılığı ilə tur təşkil edildi.

İştirakçılar Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olmaq imkanı əldə etdilər.

Tur çərçivəsində iştirakçılar Xocalı faciəsinin xatirə kompleksini ziyarət edərək, xalqımızın yaddaşına həkk olunmuş bu faciənin qurbanları ehtiramla yad edildi.

Daha sonra Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər edən iştirakçılar burada aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini, müasir memarlıq nümunələrini, yeni infrastruktur layihələrini və tarixi abidələrin bərpası istiqamətində görülən işləri müşahidə etdilər.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi hər zaman ehtiramla yad ediləcəkdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında və azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işlərində göstərdiyi qətiyyətli liderliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə etdilər.

Həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İsçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: