Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə təhsil müəssisələrində silsilə tədbirlər davam etdirilir.

Bu tədbirlər çərçivəsində Ağcabədi Rayon Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən Hindarx qəsəbə Q. Əliyev adına 3 nömrəli ümumi orta məktəbdə anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndərin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə iştirak edən qonaqlar, müəllimlər və şagirdlər çıxışlarında qeyd ediblər ki, Ulu Öndər həyatının bütün mərhələlərində xalqına və Vətəninə sonsuz sədaqətlə xidmət etmiş, ən mürəkkəb dövrlərdə belə ölkəmizi böhranlardan çıxararaq inkişaf yoluna qədəm qoymasına nail olmuşdur.
Bildirilib ki, məhz onun müəyyən etdiyi güclü dövlət və güclü ordu strategiyası nəticəsində Azərbaycan bu gün ərazi bütövlüyünü təmin etmiş qüdrətli dövlətə çevrilib.
Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə müasir, demokratik və dünyəvi dövlətin möhkəm təməli qoyulub. Milli maraqlara əsaslanan dövlət idarəçiliyi, elmin, təhsilin və mədəniyyətin inkişafı Ulu Öndərin adı ilə sıx bağlıdır. Bu gün əldə olunan bütün uğurlar onun müəyyən etdiyi strateji kursun uğurlu davamıdır.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər də Ulu Öndərin siyasi kursunun məntiqi nəticəsidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.








