Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olundu

Ümummilli Lider Heydər Əliyevin anım günü Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsində dərin hüzn və sonsuz minnətdarlıq hissi ilə tədbir keçirildi.
53 nömrəli tam orta məktəbin konfrans zalında keçirilən tədbirdə rayonun ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin ilk təşkilat sədrləri iştirak etdilər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başladı.
Açılış nitqində ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli vurğuladı ki, "Ulu Öndər Heydər Əliyev həmişə təhsilə, müəllimə və həmkarlar ittifaqlarına xüsusi diqqət yetirib, onları cəmiyyətin ən qiymətli təbəqəsi sayıb. Onun qoyduğu möhkəm təməl üzərində yetişən vətənpərvər nəsil sayəsində bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı Zəfərimizi qazandıq, Qarabağımıza əbədi qayıtdıq."
Sonda Ulu Öndərin həyat yolundan bəhs edən videoçarx nümayiş olundu, zalda duyğulu anlar yaşandı.
Heydər Əliyev əbədi yaşayır – müəllim qəlbində, məktəb sinfində, azad Qarabağda!
















