Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş " Adını tarixə,qəlbimizə yazan Lider" adlı tədbir keçirilmişdir.

12 dekabr 2025-ci il tarixdə Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseyin akt zalında Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş " Adını tarixə,qəlbimizə yazan Lider" adlı tədbir keçirilmişdir.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon komitəsinin sədri Tahir Həsənov, Rayon Ağsaqqallar Şurasının üzvləri,liseyin müəllim kollektivi və şagirdləri iştirak etmişdir. Tədbir iştirakçıları çıxışları zamanı müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat veriblər. Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşmasında rolu, müstəqil Azərbaycanın quruculuğundakı misilsiz xidmətləri, eləcə də xalqımızın mənəvi-mədəni irsinə verdiyi töhfələr geniş şəkildə iştirakçılara çatdırılıb.















