Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi respublikanın şəhər və rayonlarında dərin ehtiram və qürur hissi ilə anılıb
12/12/2025, 18:43

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şəhər və rayon komitələri tərəfindən anım günü münasibətilə silsilə tədbirlər həyata keçirilib.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib, onun zəngin siyasi irsinin elm və təhsil sahəsində çalışanlar üçün daim mənəvi dayaq olduğu xüsusi vurğulanıb.
Tədbirlər çərçivəsində Ulu Öndərin dövlətçilik fəlsəfəsinin bu gün də müasir Azərbaycanın inkişaf yoluna istiqamət verdiyi diqqətə çatdırılıb.
Rayon və şəhər komitələri tərəfindən yerlərdə yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.













