“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş Şahmat yarışı keçirildi

08/04/2026, 09:25
xeber1

07 Aprel 2026-cı il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qubadlı rayon komitəsinin və Qubadlı rayon  Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Qubadlı rayonu Hafiz Quliyev adına Çaytumas məktəb liseyinin idman zalında “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 cü il dönümünə”həsr olunmuş Qubadlı rayon ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında Şahmat yarışı təşkil edildi.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydu, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir dövlət Himninin səslənməsi ilə başladı.

Tədbiri giriş sözü ilə ETİHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov açdı. Ulu Öndərin Azərbaycanda şahmatın inkişafındakı əvəzsiz rolu haqqında danışıb. O, Ümummilli Liderin şahmatın inkişafını daim diqqət mərkəzində saxladığını bildirib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk dəfə şahmat məktəbləri inşa olunub, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmək üçün şərait yaradılıb.

Tədbirdə Qubadlı rayon Təhsil Sektorunun müdiri Müşfiq Hüseynov, ETİHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Cavanşir Əliyev, Çaytumas məktəb liseyinin direktoru Səidə İslamova çıxış etdilər və iştirakçılara uğurlar arzuladılar.

Yarışa ümumilikdə 30 nəfər təhsil işçisi qatılmışdır. Gərgin, eyni zamanda həyəcanlı keçən mübarizədə qaliblər aşağıdakı kimi müəyyən oldu:

1-ci yer: Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin müəllimi – İsmayılov Rəfail Əlif oğlu,

2-ci yer: Hafiz Quliyev adına Çaytumas kənd məktəb liseyinin müəllimi – Baxşəliyev Novruz Mehman oğlu,

3-cü yer: Bərxudar Əsgərov adına Xələc kənd tam orta məktəbin müəllimi – Şirinova Mələk Məhəmməd qızı

Mükafatçılara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qubadlı rayon komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olundu.

Şahmat yarışının Respublika mərhələsi final turuna vəsiqə qazanan İsmayılov Rəfail Əlif oğluna uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: