“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan idman yarışlarının bağlanış mərasimi keçirilib

27/05/2026, 14:44
xeber1

Mayın 26-da Azərbaycan Texniki Universitetinin İdman Sarayında Elm və Təhsil Nazirliyi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman yarışlarının bağlanış mərasimi keçirilib.


Mərasimdə ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin müdiri, nazirliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Elnur Əliyev, ETİHİ Respublika Komitəsinin məsul əməkdaşları, eləcə də şəhər və rayon komitələrinin sədrləri iştirak ediblər.


Tədbirdə çıxış edən sədr müavini Mirzə Cəfərzadə turnirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür layihələr təhsil ictimaiyyətində idman mədəniyyətinin inkişafına, idmanın kütləviləşməsinə və təhsil işçiləri arasında sosial əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir. O, qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Qeyd edək ki, basketbol, voleybol, dama, minifutbol və stolüstü tennis üzrə yarışlar Bakı şəhərinin ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin, şahmat turniri isə respublikanın ümumtəhsil müəssisələrinin əməkdaşları arasında təşkil olunub. Bu yarışların keçirilməsində əsas məqsəd təhsil işçiləri arasında sağlam həyat tərzini təşviq etmək, onların asudə vaxtının səmərəli təşkilinə şərait yaratmaq, idmana marağı artırmaq, həmçinin kollektivdə birlik, həmrəylik və komanda ruhunu gücləndirməkdir.


Mərasimin sonunda müvafiq idman növləri üzrə həm komanda, həm də fərdi hesabda yüksək nəticələr göstərən iştirakçılar təltif ediliblər. Eyni zamanda, yarışların obyektiv, şəffaf və yüksək səviyyədə təşkilində xüsusi peşəkarlıq nümayiş etdirən hakimlərə mükafatlar təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: