“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat və dama yarışları keçirilib

18/03/2026, 16:12
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan ümumtəhsil müəssisələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat və dama yarışları keçirilib.

Yarışların əsas məqsədi təhsil işçiləri arasında intellektual idman növlərinin təbliği, sağlam həyat tərzinin təşviqi, kollektiv ruhun gücləndirilməsi və həmrəyliyin möhkəmləndirilməsi olub.

Turnirlər gərgin və maraqlı mübarizə şəraitində baş tutub. İştirakçılar yüksək hazırlıq səviyyəsi və oyun bacarığı nümayiş etdiriblər.

Sonda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğı bu gün də ölkəmizdə sağlam həyat tərzinin təşviqinə və idmanın inkişafına mühüm töhfə verir. Onun müəyyən etdiyi strateji xətt bu kimi tədbirlərin keçirilməsinə davamlı stimul yaradır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: