Xəbərlər
🏆Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan idman tədbir Ağcabədi rayon Xocavənd kənd 3 nömrəli ümumi orta umumtəhsi məktəbdə fiziki tərbiyə fənni üzrə müəllimlərin bilik və idman təcürbəsi sayəsində 6-7 sinif şagirdləri arasında basketbol, 8-9-cu sinif şagirdləri arasında voleybol yarışları təşkil olunur.

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan idman tədbir Ağcabədi rayon Xocavənd kənd 3 nömrəli ümumi orta umumtəhsi məktəbdə fiziki tərbiyə fənni üzrə müəllimlərin bilik və idman təcürbəsi sayəsində 6-7 sinif şagirdləri arasında basketbol, 8-9-cu sinif şagirdləri arasında voleybol yarışları təşkil olunur.
Yarışın əsas məqsədi şagirdlərin sağlam həyat tərzinə marağını artırmaq, idmana olan sevgini gücləndirmək və komanda ruhunu inkişaf etdirməkdir.
Yarış zamanı şagirdlər yüksək fəallıq göstərmiş, komandalar arasında gərgin və maraqlı mübarizə aparılmışdır. Həm basketbol, həm də futbol üzrə keçirilən oyunlar ədalətli hakimlik və qaydalara uyğun şəkildə təşkil edilmişdir.
Bu cür idman tədbirlərinin keçirilməsi şagirdlərin fiziki inkişafına, sağlam rəqabət mühitinin formalaşmasına və asudə vaxtlarının səmərəli təşkilinə müsbət təsir göstərir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi adından Xocavənd kənd 3 nömrəli ümumi orta umumtəhsi məktəbin fiziki tərbiyə fənni üzrə müəllimləri təbrik edirik.







