“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir

17/04/2026, 16:28
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin üzv təşkilatlarında silsilə idman yarışları təşkil edilir.

Nəcəf Allahverdiyev adına Peşə məktəbin həmkarlar təşkilatının sədri Əhmədov Zabil müəllimin təşkilatçılığı ilə müəllimlər və tələbələr arasında, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kişilər arasında futbol yarışı keçirilir.

Qruplar arasında dörd komandanın iştirakı ilə keçirilən yarış gərgin mübarizə ilə yadda qalıb.

Yarışların idarə olunması məktəbin müəllimi, baş hakim Məmmədli Eldar İlham oğlu tərəfindən həyata keçirilib.

Komandalar oyunlar boyunca yüksək əzmkarlıq və güclü komanda ruhu nümayiş etdiriblər.

Bu cür idman yarışlarının təşkili kollektiv ruhun möhkəmləndirilməsi, həmkarlar arasında həmrəyliyin gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi baxımından mühüm rol oynayır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: