“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Liderimizin əziz xatirəsi basketbol və mini futbol meydançasında müəllimləri birləşdirdi

19/03/2026, 16:55
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman yarışları keçirilib.

Yarışlarda komitənin fəaliyyət dairəsinə daxil olan ümumtəhsil müəssisələrinin təhsil işçilərindən ibarət komandalar iştirak edib. Tədbir çərçivəsində həm basketbol, həm də mini futbol üzrə qarşılaşmalar təşkil olunub. Məqsəd müəllimlər arasında fiziki fəallığın artırılması, sağlam həyat tərzinin təşviqi və kollektivlərarası əməkdaşlığın gücləndirilməsi olub.

Oyunlar gərgin və rəqabətli şəraitdə keçib. Komandalar həm taktiki hazırlıq, həm də komanda ruhu baxımından diqqət çəkən performans nümayiş etdiriblər.

Bu cür tədbirlər təkcə idmanı təbliğ etmir, eyni zamanda müəllimlər arasında ünsiyyət və əməkdaşlığı möhkəmləndirir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: