“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ümummilli Liderin zəngin irsinə həsr olunmuş tədbir keçirildi

10/05/2026, 14:50
xeber1

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə əvvəlcə ulu öndərin əziz xatirəsi ehtiramla yad edilmiş, onun həyat və fəaliyyətini əks etdirən məruzələr dinlənilmişdir.

Çıxış edənlər görkəmli dövlət xadiminin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs etmiş, onun zəngin siyasi irsinin ölkəmizin inkişafında mühüm rol oynadığını vurğulamışlar. Bildirilmişdir ki, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi xalqımızın yaddaşında əbədi yaşayır.

Qeyd edilmişdir ki, ümummilli liderin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənmiş, ölkədə ictimai-siyasi sabitlik təmin olunmuş, sosial-iqtisadi və mədəni inkişaf yeni mərhələyə qədəm qoymuşdur. Onun rəhbərliyi dövründə həyata keçirilən mühüm islahatların ölkəmizin tərəqqisinə və beynəlxalq nüfuzunun artmasına böyük töhfə verdiyi diqqətə çatdırılmışdır.

Tədbirdə həmçinin ulu öndərin təhsil, elm, mədəniyyət və digər sahələrin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs olunmuşdur. Çıxışlarda vurğulanmışdır ki, Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik ideyaları gələcək nəsillər üçün böyük məktəb olmaqla yanaşı, milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olaraq qalır.Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir daha dərin ehtiramla yad edilmişdir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: