Xəbərlər
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 103 İLLİYİNƏ HƏSR OLUNMUŞ VOLEYBOL YARIŞI
08/05/2026, 17:34

ETİHİ Hacıqabul Rayon Komitəsinin və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Tədbirlər Planına əsasən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş Hacıqabul rayon ümumtəhsil məktəblərinin kişi müəllimləri arasında rayon birinciliyi üzrə voleybol yarışı keçirildi.Yarışa rayonun 15 məktəbindən idmançılar qoşulmuşdur.Gərgin və maraqlı keçən oyunun nəticələrinə görə I yeri Hacıqabul şəhər 5 nömrəli, II yeri Meyniman kənd və III yeri şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbləri bölüşdürdü.Sonda qalib gələn komandalara Diplom və kubok təqdim olundu.















