Xəbərlər
UNEC- də " Mikromobilliyin təşviqi” adlı seminar keçirilmişdir.

Seminarın keçirilməsinin əsas məqsədi mikromobillik vasitələrinin (elektrikli skuter, velosiped və s.) düzgün və təhlükəsiz istifadəsi, həmçinin dayanıqlı nəqliyyat vərdişlərinin təşviqi mövzularında maarifləndirmə aparmaqdır. Tədbir çərçivəsində gənclərə gündəlik həyatlarında faydalı olacaq biliklər qazandırmaq, ictimai mühitdə məsuliyyətli davranış mədəniyyətini formalaşdırmaq və müasir nəqliyyat tendensiyalarına uyğun şüurlu istifadə vərdişlərini inkişaf etdirməkdir.
Seminar iki hissədən ibarət idi:
I. Mikromobillik mövzusunda maarifləndirici təqdimat və müzakirələr;
II. İştirakçıların birbaşa təcrübə qazanması üçün universitetin həyətində praktiki velosiped təlimi.
Seminarda fəal iştirak edən tələbələrə müxtəlif hədiyyələr təqdim olunmuşdur.

























