Xəbərlər
UNEC-də 19 İyun — UNEC Gününə həsr olunmuş tələbələrarası şahmat turniri keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan turnirin əsas məqsədi tələbələrin məntiqi düşünmə, analiz və strateji qərarvermə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda sağlam rəqabət və intellektual mühit formalaşdırmaq olub.
Turnirdə müxtəlif fakültələrdən olan tələbələr iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qaliblər diplom, medal və müxtəlif hədiyyələrlə təltif ediliblər.
Qaliblər:
I yer — “Biznes və menecment” fakültəsinin I kurs, 912-ci qrup tələbəsi Malik Gülməmmədli Xalid oğlu
II yer — “İqtisadiyyat və idarəetmə” fakültəsinin IV kurs, 220-ci qrup tələbəsi Aytən Ələsgərova Səbuhi qızı
III yer — “Maliyyə və mühasibat” fakültəsinin II kurs, 654-cü qrup tələbəsi Hacıyev Tofiq Telman oğlu
Qeyd edək ki, şahmat turniri tələbələrin asudə vaxtının səmərəli təşkili, intellektual potensialının artırılması və universitetdə sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə təşkil olunub.









