Xəbərlər
UNEC-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" ictimai Birliyinin və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Yeni Azərbaycan dünənimiz, bu günümüz va sabahımız" adlı tədbir keçirilmişdir.

Tədbiri açılış nitqi ilə başlayan UNEC Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Sosial Tərəfdaşlığı
Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə universitetimizdə keçirilən “Yeni Azərbaycan:
dünənimiz, bu günümüz və sabahımız” adlı tədbirdə iştirak etməkdən böyük məmnunluq
duyduğunu,bu cür layihələr gənclərimizin milli-mənəvi dəyərlər ruhunda formalaşması,
dövlətçilik ənənələrinə bağlı böyüməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirdi.
Millət Vəkili Aydın Mirzəzadə "Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
regionun lider dövlətinə çevrilmişdir. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər
xalqımızın milli birliyinin, güclü ordumuzun və qətiyyətli Ali Baş Komandanın rəhbərliyinin
bariz nümunəsidir. Bu Qələbə yalnız hərbi deyil, həm də siyasi və mənəvi zəfərdir.Əziz gənclər!
Azərbaycanın sabahı sizin bilik və bacarıqlarınızdan, dövlətçiliyə sədaqətinizdən asılıdır. Siz
yalnız peşəkar mütəxəssis deyil, eyni zamanda milli dəyərlərə bağlı, vətənini sevən və qoruyan
vətəndaşlar olmalısınız.İnanıram ki, sizlər Azərbaycanın gələcək uğurlarının müəllifləri
olacaqsınız." deyə çıxış etdi.
Layihənin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, 44 günlük Vətən
müharibəsində qazanılmış tarixi Zəfərin və Prezident İlham Əliyevin müasir dövrdə həyata
keçirtdiyi liderlik siyasatinin gənclər arasında təbliği, onlarrn milli-mənəvi dəyərlər əsasında
maarifləndirilməsidir. Düşünürük ki,bu cür tədbirlərin keçirilməsi tələbələrdə milli-mənəvi
dəyərlərə bağlılıq, tolerantlıq, birlik və həmrəylik kimi keyfiyyətlərin möhkəmlənməsinə xidmət
edəcək.Bu da onların həm fərdi inkişafına, həm də cəmiyyətə inteqrasiyasına müsbət təsir
göstərir.









