“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC-də “Gələcəyini seç, narkomaniyaya yox de!” adlı tədbir keçirilib

28/10/2026, 16:27
xeber1

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Həmkarlar İttifaqı Komitəsi (HİK) və Maliyyə və mühasibat fakültəsinin birgə təşkilatçılığı ilə “Gələcəyini seç, narkomaniyaya yox de!” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirin açılışında Maliyyə və mühasibat fakültəsi THİK-in sədri Nərmin Mirzəyeva çıxış edərək narkomaniyaya qarşı mübarizənin, gənclər arasında maarifləndirmə işinin aparılmasının və sağlam həyat tərzinin təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Natiq İsbatov, Bakı Narkoloji Mərkəzinin psixoloq-psixoterapevti Günay Babayeva və Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev çıxış ediblər.

Çıxışlar zamanı narkotik vasitələrin insan sağlamlığı üçün yaratdığı təhlükələr, onların fərdin həyatına və cəmiyyətə mənfi təsirləri, narkomaniyanın qarşısının alınmasında maarifləndirmənin rolu və gənclərin bu sahədə məlumatlılığının artırılması məsələləri diqqətə çatdırılıb.

Tədbirin əsas məqsədi tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, onları sağlam həyat tərzinə və düzgün seçimlər etməyə təşviq etmək, eləcə də narkomaniyaya qarşı mübarizədə ictimai məsuliyyət hissini gücləndirmək olub.

Maarifləndirici tədbir gənclərin zərərli vərdişlərdən qorunması, sağlam gələcəyin formalaşdırılması və narkomaniyaya qarşı mübarizədə fəal vətəndaş mövqeyinin təşviqi baxımından əhəmiyyət daşıyıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: