Xəbərlər
UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində tələbələrarası futbol turniri keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan turnirin
əsas məqsədi tələbələr arasında sağlam həyat tərzini təbliğ etmək, idmana marağı
artırmaq və həmrəylik ruhunu gücləndirmək olub.
Turnirdə UNEC-in müxtəlif fakültələrini təmsil edən komandalar iştirak ediblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:
I yer - “İSE SC” komandası (Beynəlxalq İqtisadiyyat Məktəbi)
II yer - “SABAH City” komandası (UNEC SABAH mərkəzi)
III yer - “Ağdərə” komandası (İqtisadiyyat və idarəetmə fakültəsi)
Sonda qalib komandaların üzvləri kubok, diplom və medallarla təltif olunublar.

















