Xəbərlər
UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində tələbələrarası şahmat turniri keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan
turnirin əsas məqsədi tələbələrin məntiqi düşünmə, analiz və strateji
qərarvermə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda sağlam rəqabət
və intellektual mühit formalaşdırmaq olub.
30-a yaxın tələbənin iştirak etdiyi yarışın sonunda qaliblər diplom,
medal və müxtəlif hədiyyələrlə təltif ediliblər.
Qaliblər:
I yer — “Rus İqtisad Məktəbi”nin II kurs tələbəsi
Rasim Məmmədzadə Novruz oğlu
II yer — “Biznes və menecment” fakültəsinin I kurs tələbəsi
Malik Gülməmmədli Xalid oğlu
III yer — “İqtisadiyyat və idarəetmə” fakültəsinin IV kurs tələbəsi
Aytən Ələsgərova Səbuhi qızı


















