Xəbərlər
UNEC-də Zəfər Gününə həsr olunmuş futbol turniri keçirilib!
04/11/2026, 12:26

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun birgə təşkilatçılığı ilə fakültələrarası futbol turniri keçirilmişdir.
Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində baş tutan “Şanlı Zəfər - 6” fakültələrarası futbol turnirində qalib komandalar aşağıdakı kimi müəyyən olunmuşdur:
I yer – “MMF Lions” (Maliyyə və mühasibat)
II yer – “Menecment” (Biznes və menecment fakültəsi)
III yer – “Digital” (Rəqəmsal İqtisadiyyat fakültəsi)
Sonda qalib komanda üzvləri kubok, diplom və medallarla təltif olunublar.
Turnirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və həmrəylik ruhunun gücləndirilməsidir.




















