Xəbərlər
UNEC-dən Yüksəlişə – Uğur hekayəsinə doğru!

UNEC İqtisadiyyat və İdarəetmə fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən “UNEC-dən Yüksəlişə” adlı görüşümüz baş tutdu.
Görüşün qonağı, “Yüksəliş” müsabiqəsinin qalibi, bakalavr və magistr təhsilini UNEC-də almış Fərid Nadirov tələbələrlə öz tələbəlik illərini, peşəkar inkişaf yolunu, qarşılaşdığı çətinlikləri və uğur təcrübələrini bölüşdü.
Eyni zamanda, iştirakçılar ATB Talent təcrübə proqramı, seçim mərhələləri, mentorluq dəstəyi və gələcək karyera imkanları haqqında ətraflı məlumat əldə etdilər.
Bu görüş tələbələrimiz üçün yeni biliklər qazanmaq, təcrübədən ilham almaq və gələcək hədəflərinə daha inamla addımlamaq baxımından dəyərli bir fürsət oldu.
Dəyərli təcrübəsini bizimlə bölüşdüyü üçün Fərid Nadirova və iştirak edən bütün tələbələrimizə təşəkkür edirik!
Bu, sadəcə bir görüş deyil, bəlkə də yeni uğur hekayələrinin başlanğıcıdır!












