“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC-in 10 fəal tələbəsinə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edilib!

11/03/2026, 15:47
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri

Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü”

təqdim edib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların

 rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı

komitələrinin sədrləri və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli

Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir

dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində AHİK tərəfindən həmkarlar ittifaqları sistemində aparılan islahatları, həyata

keçirilən layihələri və tətbiq olunan yenilikləri əks etdirən videoçarx nümayiş olunub.

Sonda 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik

göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə

“Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub.

UNEC-in təqaüd qazanan tələbələri:

1. Ramazanova Samirə Rəhim / “Maliyyə və mühasibat” fakültəsi / IV / 464

2. Məmmədzadə Fərid Fəxri / “Maliyyə və mühasibat” fakültəsi / III / 486

3. İmanova Mədinə Elman/ “Maliyyə və mühasibat” fakültəsi / III / 482

4. Abdullayeva Gülay Hafiz/ “Biznes və menecment” fakültəsi/ III / 900-2

5. Hacıyeva Nuray Hafis / “Beynəlxalq İqtisadiyyat Məktəbi”/ II / 1031

6. Ələkbərli Akif Emin / “UNEC Dizayn məktəbi” / II / 754

7. Əbilova Xədicə Heydər / “UNEC SABAH Mərkəzi” / IV / 405-1

8. Əhmədli Ramizə Pərviz / “Rəqəmsal İqtisadiyyat” fakültəsi / III / 564-1

9. Əzimli Nadir Ravil / “Rəqəmsal İqtisadiyyat” fakültəsi / III / 562-2

10. Əlizadə Mehnurə Mehman / “Rəqəmsal İqtisadiyyat” fakültəsi / IV / 593


Bu tələbələr yüksək akademik göstəricilərinə və Tələbə Həmkarlar İttifaqı hərəkatında fəallıqlarına görə

ölkə üzrə seçilən tələbələr sırasında yer alıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: