“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC-in məzunu şəhid baş leytenant Teymur Məcidzadənin anım günü qeyd olunub!

11/11/2026, 11:58
xeber1

9 noyabr 2026-cı il tarixində II Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış UNEC-in “İqtisadiyyat və idarəetmə” fakültəsinin məzunu, baş leytenant Teymur Məcidzadənin şəhadətindən 6 il ötür.

Teymur Tehran oğlu Məcidzadə 10 oktyabr 1992-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 2010–2014-cü illərdə UNEC-də “Dünya iqtisadiyyatı” ixtisası üzrə təhsil alıb. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra orden və medallarla təltif edilib.

Şəhidin anım günü münasibətilə UNEC-in “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, dosent Elçin Eyvazov, dekan müavini Rahim Mürsəlov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə və fəal tələbələr II Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: